Rusiyanın iflas edən şirkəti ilə bağlı MARAQLI FAKTLAR: “Sahibkarlar məqsədli edib, şübhələr var”
Rusiyanın Baş Prokurorluğu “Qrad” və “Smerç” reaktiv yaylım atəş sistemlərinin, həmçinin “Tornado-G” və “Tornado-S” idarəolunan raket sistemlərinin yeganə istehsalçısı olan “Motovilixinsk zavodları” şirkətinin iflası işini araşdırmağa başlayıb.
Sfera.az xəbər verir ki, bununla bağlı “Defence Express” xüsusi məqalə hazırlayıb. Məqalədə qeyd edilir ki, “Motovilixinsk zavodları” şirkəti özəl təsərrüfatdır və onun səhmləri dörd nəfərə məxsusdur.
Prokurorluq şübhələnir ki, müəssisənin sahibləri maliyyə fırıldağını ört-basdır etmək üçün şirkəti iflas ediblər. Belə ki, müəssisənin sahibləri 2002-ci ildən etibarən məqsədli şəkildə, geri ödəməyi düşünmədikləri kreditlər götürərək zavodun əmlak və avadanlıqlarını girov qoymağa başlayıblar. Bu məqsədli davranış sonda müəssisəni iflasa sürükləyib və şirkət 2018-ci ildə müflis elan edilib.
Məqalədə o da bildirilir ki, bu müəssisə Rusiya müdafiə sənayesinin silahla təmin edilməsində önəmli rola sahib olduğundan 2023-cü ildə Rusiya Baş Prokurorluğu işi araşdırmağa başlayıb.
Qeyd edək ki, müəssisə iflas elan edilsə də, Rusiya ordusu üçün “Tornado-G” və “Tornado-S” idarə olunan raket sistemlərinin istehsalını davam etdirib.
Vasif