Navalnının dörd tərəfdaşı HƏBS EDİLDİ
Rusiya müxalifətinin lideri Aleksey Navalnının dörd tərəfdaşı həbs edilib.
Sfera.az xəbər verir ki, Moskvanın Basmannı məhkəməsi Aleksey Navalnının dörd tərəfdaşının qiyabi həbsinə qərar verib. Beləliklə, Rusiya Federasiyasında xarici agent kimi tanınan Mariya Pevçix, Kira Yarmış, Anna Biryukova və Dmitri Nizovtsev barəsində qabaqlayıcı tədbir seçilib.
Onlar Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda, ekstremist icma yaratmaqda, terrorçuluq fəaliyyətinə ictimai çağırışlarda ittiham olunurlar.
Xatırladaq ki, yanvarın 16-da Rusiya İstintaq Komitəsi Navalnını müdafiə edən vəkil Olqa Mixaylovaya qarşı qiyabi ekstremizm ittihamının irəli sürüldüyü bildirilmişdi. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci ("Ekstremist birlikdə iştirak") maddəsi ilə cinayət törətməkdə ittiham olunur. Vəkil həmkarlarının, yəni daha üç Navalnının vəkilinin həbs olunduğu cinayət işində də iştirak edir. Bildirilir ki, hazırda Mixaylova Rusiyadan xaricdədir.
Əzizə