Zelenski Ukrayna ordusunda xidmət edənlərin sayını AÇIQLADI

Zelenski Ukrayna ordusunda xidmət edənlərin sayını AÇIQLADI

“Ukrayna Silahlı Qüvvələrində 880 min nəfər xidmət edir”.

 

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “YouTube” kanalında yayımladığı müsahibəsində açıqlayıb. Xaricə gedən ukraynalıların hərbi xidmətə cəlb edilməsi ilə bağlı sualı cavablandıran Zelenski “880 minlik ordumuz var, milyonluq ordumuz var” deyib.

 

Ukrayna lideri əlavə edib ki, Kiyev səfərbərlik yaşında olan vətəndaşları geri qaytarmaq istəyir. “Hər kəs müharibəyə getməli deyil, bu, ədalət məsələsidir. İnsanlar Ukraynada işə qayıtmalı və vergi ödəməlidirlər", həmçinin o deyib.

 

Qeyd edək ki, bundan əvvəl Ukraynada 18-25 yaş arası bütün vətəndaşlar üçün əsas hərbi xidmətin tətbiqi ilə bağlı fikirlər bildirilmişdi. Ali Radanın deputatı Eqor Çernev bu barədə təklif vermişdi. Məlumata görə,  bu proses üç aylıq hazırlığı - əsas kursu, həmçinin iki aylıq peşə hazırlığını əhatə edən çağırış xidmətini əvəz edəcək.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...