Böyük Britaniyadan elektron siqaretlərə QADAĞA

Böyük Britaniyadan elektron siqaretlərə QADAĞA

Böyük Britaniya hökuməti elektron siqaretlərin satışını qadağan edəcək.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün elektron siqaretlərin satışında hansı qadağaların tətbiq ediləcəyini açıqlayacaq. Qeyd olunub ki, hökumətin məhdudiyyətlərə getməsinin səbəbi uşaqların elektron siqaretlərdən istifadəsinin qarşısının alınmasıdır.

 

Yeni qaydalara əsasən, elektron siqaret növləri azaldılacaq və qablaşdırmalar uşaqları daha az cəlb edəcək şəkildə sadələşdiriləcək. Məlumata görə, siqaret Britaniyada hər dörd nəfərdən birində xərçəng xəstəliyinə və ildə təxminən 80,000 ölümə səbəb olur. Hazırda 11-15 yaş aralığındakı yeniyetmələrin 9%-i elektron siqaretlərdən istifadə edir. Bunun gənclər arasında nikotin asılılığına səbəb ola biləcəyi ilə bağlı narahatlıq var.  

 

Qeyd edək ki,  Sunak oktyabr ayında yeni qanun qəbul etməyi planlaşdırdığını da bildirib. Qanuna əsasən, 2009-cu il yanvarın 1-i və ondan sonra doğulanlar həyatı boyu tütün məmulatları ala bilməyəcək.  Eyni zamanda, sağlamlıq faydaları ilə yanaşı, elektron siqaretlərin qadağası ətraf mühitin qorunmasına kömək edəcək və hər həftə beş milyon zibil azalacaq.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) dekabr ayında elektron siqaretlərin qadağan edilməli olduğunu söyləyib. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...