NATO-nun Asiya yolçuluğu BAŞLAYIB: "Pekin Tayvanı Çinə birləşdirərsə..." - AÇIQLAMA

NATO-nun Asiya yolçuluğu BAŞLAYIB: 

NATO əsas diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəltməsinə baxmayaraq, Asiya və Sakit okean bölgəsinə də diqqətini artırıb. ABŞ ilə yanaşı, NATO da, Çinin bölgədə artan rolundan narahatdır. Şimali Atlantika Bloku bu məqsədlə Çinin artan gücündən narahat olan Yaponiyaya dəstəyini artırmaq qərarı verib.

 

Sfera.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, bölgədə Çinə qarşı ABŞ, Avropa İttifaqı və Yaponiya üçbucağı formalaşmaqdadır:

 

“Yaponiyanın baş naziri Fusimo Kisido Avroatlantik məkanla birgə Hind-Sakit okean bölgəsi üçün təhlükəsizlik konsepsiyasının reallaşmasını zəruri sayır. NATO və Avropa İttifaqı Tokionun konsepsiyasını bəyənib. Tokio bu konsepsiyaya ona görə ehtiyac duyub ki, Pekin Tayvanı Çinə birləşdirərsə, bölgədə durum dəyişəcək və Çinin ətraf ərazilərə, o cümlədən dənizlərə nəzarət imkanları artacaq. Yaponiyanın 2022-ci ildə qəbul etdiyi milli təhlükəsizlik strategiyasında Çinin hərbi fəallığı Yaponiya üçün böyük çağırış kimi qiymətləndirilib. Tokio Pekinin Moskva ilə strateji tərəfdaşlığının artmasından da narahatdır. Yaponiya və Cənubi Koreya AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ ) formatında yer almaq istəyilər. Bundan başqa, bölgədə üçlü - ABŞ, Yaponiya, Cənubi Koreya formatı təsis edilib”.

 

Ekspert bildirib ki, Asiya və Sakit Okean bölgəsində “Asiya NATO”sunun konturları görünməyə başlayıb.

 

“Bu təsisat formalaşana qədər, Yaponiya NATO ilə strateji tərəfdaşlığı gücləndirəcək. Şimali Atlantika Bloku 16 sahədə Yaponiya ilə əməkdaşlığı genişləndirəcək. NATO, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya ilə individual əməkdaşlıq proqramları qəbul edib. Yaponiya ABŞ və NATO ilə yanaşı, Böyük Britaniya ilə də ikitərəfli hərbi əməkdaşlığı genişləndirib. Vaşinqtonda iyul ayında NATO-nun yaranmasının 75 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. ABŞ prezidenti Co Bayden bu tədbirdə Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlığı gücləndirəcək proqramı qəbul edəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...