İran-Pakistan sərhədində silahsız insanlara hücum: Ölənlər var

Dünya
21:00 / 27.01.2024
19566
İran-Pakistan sərhədi yaxınlığında Sistan və Bəlucistan əyalətində yerləşən Sirkan şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub.
Sfera.az-ın məlumatına görə, naməlum şəxslər şəhərin silahsız sakinlərinə atəş açıblar. Ölənlərdən heç biri iranlı deyil.
Qeyd edək ki, İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.