Logo

İŞİD qurbanı olmuş daha 250 nəfərin meyidi aşkarlandı

İŞİD qurbanı olmuş daha 250 nəfərin meyidi aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İraq hərbçiləri Mosul yaxınlığında  250-dən çox İŞİD qurbanlarının iki kütləvi məzarlığını  aşkarlayıblar.  Sfera.az-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, məzarlıqlardan biri quyunun dibində aşkarlanıb. Quyuda 200-dən çox cəsədin olduğu ehtimal olunur. İŞİD terrorçuları son iki il ərzində öldürdükləri sakinlərin cəsədlərini həmin quyuya atırmışlar.  Yerli sakinlər həmin məzarlıq barədə məlumatlı olublar: "Sakinlərin  yaxınlarının cəsədlərini quyudan çıxarmaq cəhdlərinin qarşısını almaq üçün terrorçular məzarlığı minalayıblar. Hazırda istehkamçılar məzarlığı minalardan təmizləyirlər. Quyuya atılanların arasında sağ olan sakinlər də olub”, - deyə yerli məmurlardan biri bildirib.

İkinci məzarlıqda 45 meyit aşkarlanıb. Hər iki məzarlıq Mosuldan 30 km cənubda yerləşən Hamam əl-Əlil şəhərində aşkarlanıb. Noyabrın 7-də həmin şəhərdə başı kəsilmiş 100-dək şəxsin meyitinin olduğu məzarlıq aşkarlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR