60 yaşlı Bred Pitt plastik əməliyyat etdirdi - FOTOLAR
Bred Pitt plastik əməliyyat etdirib. Bu barədə kosmetoloq və bloqqer Dr Jonny (Conni) danışıb.
Sfera.az bildirir ki, məşhur kosmetoloq aktyorun üz düzəltməsindən sonra sifətindəki dəyişikliyə diqqət çəkib. Bloqqer Pittin müxtəlif illərdə çəkilmiş fotolarını müqayisə edib. O, ulduzun 2020-ci il “Oskar” mərasimində çəkilmiş fotosunu müqayisə edib. Kosmetoloqun fikrincə, burada Pittdə qocalmanın normal əlamətləri görünür: dərin statik xətlər, göz və orta üz ətrafında həcm itkisi və bəzi yerlərdə sallanan dəri.
Bundan sonra doktor Conni Pittin 2023-cü ilin yayında Wimbledon tennis turnirində çəkilmiş şəklini göstərib.
"Əgər onun profilinə yandan baxsanız, aşağı ətrafda ciddi şəkildə üz konturunun dəyişməsini görə bilərsiniz. Çapıqlarına baxsaq, bunun üzünü düzəltməyə görə olduğunu başa düşmək olar"- mütəxəssis deyir.
Doktor Conninin sözlərinə görə, belə çapıq üzdə plastik əməliyyatın klassik nəticəsidir.
Qeyd edək ki, ötən gün 60 yaşlı Hollivud aktyoru yenidən ictimaiyyət qarşısına çıxıb. O, Floridada “Formula 1” yarışlarında olub.
Pitt parlaq yaşıl jiletlə birləşdirdiyi cins üslubunda olub.
Xatırladaq ki, Bred Pitt və sevgilisi İnes de Ramon bu yaxınlarda aktyorun 60 yaşını qeyd ediblər. Aktyor yaşına baxmayaraq, yenidən ata olmaq istədiyini bildirib.
Aynil
Sfera.az