100 ildir itmiş hesab olunan məşhur rəsm tapıldı - Milyonlarla dollar dəyərindədir

100 ildir itmiş hesab olunan məşhur rəsm tapıldı - Milyonlarla dollar dəyərindədir

Avstriyanın Vyana şəhərində bir ailə 1960-cı illərdən bəri əllərində olan bir tablonun məşhur avstriyalı rəssam Qustav Klimtin yoxa çıxmış şah əsəri olduğunu öyrənib. Rəsm 42 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
 

Məşhur tablo 100 ilə yaxındır ki, itmiş hesab olunurdu.


Sfera.az bildirir ki, tablo 1925-ci il Vyana sərgisindən sonra ictimaiyyətin gözündən itib. O vaxtdan bəri onun harada olduğu bilinmirdi, yalnız ağ-qara fotoşəkil surəti olub.
 

“Fraulein Lieserin portreti” məşhur avstriyalı rəssam Qustav Klimtin son əsərlərindən biridir.
 

Sənət əsəri sahibi (adı açıqlanmayan) onu miras almadan əvvəl hüquqşünas və sənət hüququ üzrə mütəxəssis Ernst Ploildən hüquqi məsləhət alıb, daha sonra onu üzə çıxarıb. Ailənin tablonu necə əldə etməsi geniş araşdırmalara baxmayaraq, hələ də sirr olaraq qalır.


Qeyd edək ki, rəsm varlı yəhudi ailəsinin sifarişi ilə Klimt tərəfindən 1917-ci ildə, ölümündən cəmi bir il əvvəl çəkilib. Sonuncu dəfə 1925-ci ildə Vyana sərgisində görülüb. Fotoşəkildən məlum olur ki, Henrietta Lizer tablonun sonuncu sahibidir. Nasistlərin gəlişinə baxmayaraq o, Vyanada qalmış, 1943-cü ildə Auşvitzdə faciəvi şəkildə öldürülmüşdü.


Ötən gün portret 1925-ci ildən bəri ilk dəfə ictimaiyyətə təqdim edilib.
 

Vəkil vurğulayıb ki, bu əsərin İkinci Dünya Müharibəsindən əvvəl və ya onun dövründə talan edilməsi, oğurlanması və ya zorla götürüldüyünə dair heç bir sübut tapmayıblar. Ploilin sözlərinə görə, rəsmin tamamilə toxunulmamış arxa hissəsində nə marka, nə stiker, nə də heç nə yoxdur. O qeyd edib ki, indiki sahibin ailəsinə də tablonun necə miras qoyulduğu hələ də qaranlıq qalır.


Əsər aprelin 24-də Lieser ailəsinin hazırkı sahibi və qanuni varisləri adından hərraca çıxarılmazdan əvvəl Böyük Britaniya, İsveçrə, Almaniya və Honq Konqda nümayiş etdiriləcək.


Qustal Klimt avstriyalı rəssam və dekorator, Vyana Art Nouveau üslubunun ən görkəmli nümayəndələrindən biridir. Rəssam və qrafik rəssam, memarlıq daxili dizayn ustası, Vyana Secessionunun yaradıcılarından biri və Vyana Seminarlarının iştirakçısıdır. Onun monumental, dekorativ və təsviri əsərləri stilizasiyası, simvolizmi və erotizmi ilə seçilir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...