30 ildir axtarılan yunan tanrısının heykəli tapıldı

30 ildir axtarılan yunan tanrısının heykəli tapıldı

Təxminən 30 il əvvəl müəmmalı şəraitdə yoxa çıxan yunan tanrısının heykəli gözlənilmədən ABŞ-ın Kentukki ştatının Luisvil şəhər sakininin həyətində tapılıb.

Sfera.az bildirir ki, heykəl yunan tanrısı Panın fleyta çalan obrazını təcəssüm etdirir.


Mütəxəssislərin fikrincə, heykəl bütün bu müddət ərzində lazımi baxım olmadan saxlanılsa da, yaxşı vəziyyətdədir.
 

Heykəl 1996-cı ildə Luisvil şəhərinin mərkəzində yüksək səviyyəli tədbirlər keçirildiyi Belvedere malikanəsinin təmirində iştirak edən bir adam tərəfindən öz evində saxlanılıb.
 

Ustanın oğlu David Greer jurnalistlərə açıqlamasında:


"Atam dedi ki, tikinti briqadası heykəli atıb. O, heykəli götürmək üçün icazə istəyib və ona icazə verilib"-deyə bildirib.


Heykəl 30 il axtarışda olub.


Ailə “Louisville City Hall”ın sənət şöbəsinin uzun illərdir Şarlotta Prays tərəfindən bu əsəri axtardığını biləndə çox təəccüblənib.


Heykəl 30 ilə yaxın düzgün qulluq edilmədən saxlanılsa da, yaxşı vəziyyətdədir. Hal-hazırda ekspertlər tərəfindən dəyərləndirilir. Yaxın gələcəkdə şəhər rəhbərliyi bu sənət əsərinin dəqiq harada quraşdırılacağına qərar verəcək.
 

Ailə özləri də heykəlin qanuni sahiblərinə qayıtmasına sevinir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...