Fotoqrafın 6 illik cəhddən sonra çəkdiyi möhtəşəm mənzərə - NASA da biganə qalmadı
İtalyan fotoqraf Valerio Minatonun Monviso dağı, arxa fonda isə Ay və İtaliyanın Superqa Bazilikasının heyrətamiz kadrını çəkib. Hər üç kadr o qədər mükəmməl formada alınıb ki, o, real fotodan çox Photoshop-a bənzəyib.
Sfera.az bildirir ki, fotodakı Böyük Ay birbaşa Monviso dağının (İtaliya) arxasında yerləşir. Eyni zamanda ön planda Superqa Bazilikasının silueti də görünür. Qeyd edək ki, bu katolik kilsəsi eyniadlı təpənin üstündə, dəniz səviyyəsindən 672 metr yüksəklikdə, Turindən şimal-şərqdə tikilmişdir.
Bu kimi fotoşəkillər çox hazırlıq tələb edir və aydın səmada çəkiliş üçün ən yaxşı mövqeləri müəyyənləşdirir. İtalyan fotoqrafın 6 illik cəhddən sonra çəkə bildiyi bu möhtəşəm fotoşəkili hətta NASA mütəxəssisləri də yüksək qiymətləndiriblər. Ötən ayın sonlarında NASA bu fotoşəkli ən yaxşı astronomik fotoşəkili kimi tanıylb.
Valerio Minatonun uğura aparan yolu isə çox uzun olub. O, bu mənzərəni alındırmaq üçün mükəmməl zamanda, hətta yaxşı havada da doğru yerdə olmalı idi. Altı il ərzində Minato Ayın uyğun mövqeyinə beş dəfə cəhd etsə də, hava ona yaxşı foto çəkməyə imkan verməyib. Bu ilin dekabrında altıncı cəhd nəhayət ki, uğurlu olub.
Ay aypara formasında olsa da, kifayət qədər uzun bağlama sürəti sayəsində bütün yuxarı yarısı ikiqat əks olunan günəş işığı ilə işıqlandırılır. Bu təsir Da Vinçinin parlaqlığı adlanır. Şəkildə hətta peykimizin qaralmış hissəsinin teksturası da görünür.
Aynil
Sfera.az