Rusiya ilə müharibə gözlənilir - Britaniya isə məğlub olmağı gözə alıb

Rusiya ilə müharibə gözlənilir - Britaniya isə məğlub olmağı gözə alıb

İngiltərə Rusiya ilə müharibə olacağı təqdirdə uduzacağını etiraf edib.


Sfera.az “The Telegraph”ın müdafiə və təhlükəsizlik köşə yazarı Con Kaflinin yazısını təqdim edir.


Müəllif Britaniya silahlı qüvvələrinin müharibəyə hazır olmadığını yazıb. Büdcənin azalması və siyasi düzgünlük onları zəiflədib. Müharibə olacağı təqdirdə, 30-cu illərin vəziyyətinin təkrarlanacağı qaçılmazdır: (tüfəng çatışmazlığı səbəbindən əsgərlər süpürgə ilə yürüş etmişdilər).


Ukraynanın Moskvanın yaxınlaşan qış hücumuna qarşı müdafiəsini ümidsizcə möhkəmləndirdiyi, İsrail qüvvələrinin Qəzza zolağında Həmas fanatiklərini və terrorçularını cilovlamaq üçün mübarizə apardığı bir vaxtda bütün gözlər Qərbə yönəlib.
 

Putin Ukraynaya qarşı xüsusi hərbi əməliyyata Qərbin ona ciddi müqavimət göstərməyəcəyinə əmin olduğuna görə başlayıb.


Bununla belə, Kiyevin sonradan Qərb müttəfiqlərindən, o cümlədən Britaniyadan aldığı geniş hərbi dəstək Ukraynaya Rusiyanın təcavüzünə tab gətirməkdə həlledici rol oynadı. Belə hərbi yardımlar eyni zamanda, rəsmi Moskvaya NATO sərhədlərini təhdid etməmək üçün açıq-aşkar siqnal verdi (əslində, NATO daha effektiv şəkildə hərəkət etdi).


Lakin döyüşlərin ikinci ildönümü yaxınlaşdıqca ciddi silah çatışmazlığı və Qərbin dəstəyinin azalmasının narahatedici əlamətləri Ukraynanın da müharibə səylərini sarsıdır. Bu, Putini Qərblə qarşıdurmadan hələ də qalib çıxa biləcəyi qənaətinə gətirir ki, bu da öz növbəsində istər-istəməz gələcəkdə növbəti təxribatlara zəmin yaradır.


Bənzər mənzərəni Qəzza zolağında da görmək olar, burada şiddətli hərbi hücumlarına baxmayaraq, İsrail Müdafiə Qüvvələri (IDF) hələ də HƏMAS-ın şiddətli müqaviməti ilə üzləşir.


İranyönlü terrorçuların əsas hesablamaları ondan ibarət idi ki, İsrailiin bütün gücü ilə verdiyi hərbi cavab yenə də terror təşkilatını məhv edə bilməyəcək.
 

Nəticə etibarı ilə həm “Həmas”a, həm də Tehrana Bayden administrasiyasının nəinki İsrailin hücumunu dəstəkləmədiyi, həm də baş nazir Benyamin Netanyahunun istefasını istəməsi xeyli dərəcədə sərfəlidir. Üstəlik, hətta İsrail kəşfiyyatının yüksək rütbəli rəsmiləri də İDF-nin “Dəmir Qılınclar” əməliyyatının HƏMAS-ın məhv edilməsində uğursuz olduğu qənatindədirlər.


İran və onun bütün islamçı vəkillər şəbəkəsi HƏMAS-ın İDF hücumunun sonunda terror təşkilatı kimi yer üzündən yoxa çıxmayacağı təqdirdə Qərblə qarşıdurmanın yeni mərhələsinə girəcəklərinə də əmindirlər.


Qlobal təhlükənin gündən-günə daha da gücləndiyi bir vaxtda Britaniya kimi böyük Qərb dövlətləri üçün əsas prioritet, istər NATO-nun şərq cinahına qarşı Rusiyanın əməliyyatları, istərsə də İranın əsas müttəfiqlərinə qarşı hücumları olsun, istənilən gələcək düşmən hərəkətlərinə qarşı durmaq üçün hərbi resursları təcili şəkildə cəmləşdirməkdir.


Bununla belə, Britaniya Baş Qərargah rəisi general Patrik Sanders silahlı qüvvələrin hazırkı vəziyyətini acınacaqlı kimi kəskin tənqid edib. Ən azı onillik davamlı ixtisarlardan sonra Böyük Britaniya Rusiya kimi düşmən dövlətlə hərtərəfli müharibəyə girərsə, gələcəkdə “xalq ordusuna” arxalanmalı olacaq.


Ukrayna münaqişəsinin hansı ssenaridə cərəyan etdiyini nəzərə alsaq, bu ssenari istisna edilmir. Son aylarda NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer də daxil olmaqla, bir neçə tanınmış hərbi xadim Avropaya Rusiya ilə müharibəyə hazırlaşmağın vaxtı gəldiyi barədə sərt şəkildə xəbərdarlıq edib. Bu fikri Norveç silahlı qüvvələrinin rəhbəri də bu həftə təkrarladı: o, Avropanı getdikcə amansızlaşan Putindən müdafiə etmək üçün vaxtın daraldığını bildirib.
 

Bununla belə, Britaniya hökuməti ordunu Napoleondan bəri ən minimal ölçüyə qədər kiçiltməkdə davam edir; səlahiyyətlilər əlavə təlim üçün minimal 72,500 nəfərin xərclərini təmin edə bilmirlər.


Ordunun hər üç qolunu narahat edən kadr çatışmazlığının, o cümlədən siyasi liderlərə xas olan sıravi kadrların ehtiyaclarına biganəliyin bir neçə izahı var. Nazirlər çəkdikləri çətinliklərə layiq diqqəti göstərmədiyi halda, cəsur gənclər və ya qızlar niyə həyatlarını riskə atmalıdırlar?


Başqa bir məqam isə “milli oyanma” ideologiyasının kadr siyasətinə zərərli təsiridir.


​Məsələn, Kral Hərbi Hava Qüvvələri keçən il “müxtəliflik” naminə işə qəbul zamanı ağdərili kişilərə qarşı qeyri-qanuni ayrı-seçkilik etdiyini aşkar etdikdən sonra alçaldıcı şəkildə üzr istəməyə məcbur oldu.


Bundan əlavə, hələ də dəhşətli hərbi sursat və avadanlıq çatışmazlığı var ki, bu da o deməkdir ki, bəzi çağırışçılar hərbi xidmətə daxil olduqdan sonra da həyati vacib təlimləri heç vaxt başa vura bilməyəcəklər. Çox güman ki, çağırışçıları eynilə 1930-cu illərdə tüfəng çatışmazlığı səbəbindən əsgərləri süpürgə ilə yürüş etməyə məcbur edildiyi vəziyyət gözləyir. 2015-ci ildə bu biabırçı aqibət Alman Bundesverinin başına gəldi: Alman əsgərləri pulemyotların gözə çarpan çatışmazlığını gizlətmək üçün süpürgələri götürmüşdülər.


Bu gün Avropanın üzləşdiyi təhlükələr silahlı qüvvələrimizin belə acınacaqlı vəziyyətə düşməsi üçün çox ciddi çatışmazlıqdır. Nazirlərimiz öz qarşılarına aşağıdakı prioritetləri qoymalıdırlar: ayrıseçkiliyin yayılmasını dayandırmalı və müharibə üçün ciddi hazırlıqlara qayıtmalı.

 

Tərcümə etdi: Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...