Rusiyanın əhalisi AZALIB - STATİSTİKA

Rusiyanın əhalisi AZALIB - STATİSTİKA

Rusiyanın Dövlət Statistika Komitəsi 2023-cü ildə ölkənin demoqrafik vəziyyəti ilə bağlı açıqlama yayıb. 


Sfera.az xəbər verir ki, ötən il Rusiyanın əhalisi 244 min nəfər və ya 0,17 faiz azalaraq 146,2 milyon nəfərə düşüb. 


Xatırladaq ki, 2022-ci ildə Rusiya əhalisi 532,6 min nəfər azalmışdı. 


Rusiyanın əhalisinə dair məlumata Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin əhalisinin sayı daxil edilməyib. Yalnız Krım əhalisinin sayı Rusiyanın ümumi əhali sayına əlavə edilib. 


Krımın əhalisi nəzərə alınmasa, Rusiyanın əhali sayı 144 milyon nəfərdir. 


Regionlar arasında 2023-cü ildə daimi sakinlərin sayında ən böyük azalma Kemerovo və Nijni Novqorod vilayətlərində, həmçinin Saratov və Sverdlovsk vilayətlərində (mənfi) qeydə alınıb. (19 min və 16 min insan). Ən çox say artımı isə Moskva və Tümen vilayətində olub.


Qeyd edək ki, əhali sayındakı dəyişikliyə təbii artım və miqrasiyaya dair göstəricilər təsir edir. 


Vasif


OXŞAR XƏBƏRLƏR