Kral III Çarlzın pis vərdişi AÇIQLANDI

Kralın bioqrafı Robert Cobson III Çarlzın həyatından maraqlı epizod paylaşaraq qeyd edib ki, çılğın xasiyyətinə görə kral tez-tez əsəbiləşir və yaxınları ilə mübahisə edir.
Sfera.az xəbər verir ki, bir gün o, BBC News-a baxarkən pultu televizora çırpıb. Bioqraf qeyd edir ki, Çarlzın vaxtaşırı kral protokollarından kənara çıxan dəlisov xarakteri haqqında hər kəs artıq bilir.
“Çarlz mükəmməlliyə can atması ilə məşhurdur, O, həm də obrazına sirr və gözlənilməzlik verən ekssentrikliyi ilə tanınır. Çarlz kral rolunu üzərinə götürdükdən sonra ictimaiyyət onun şəxsiyyətinin fərqli, daha humanist tərəfini görməyə başlayıb.
Lakin kralın xarakterinin məhz bu mürəkkəbliyi onu mənim üçün belə valehedici və bənzərsiz bir fiqur edir", - müəllif yazıb.
Kral hakimiyyətinin elə ilk həftəsində qalmaqal yaradıb. Monarx kimi ilk kral turunda Şimali İrlandiyaya səfər edərkən, o qələmi pis olduğu üçün sənəd imzalayarkən əsəbiləşib və söyüb. (Lent.az)