Rusiya husilərlə hansı danışıqları aparıb? - AÇIQLAMA
Yəmənin "Ənsar Allah" hərəkatının nümayəndə heyəti Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə danışıqlar aparıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Görüş zamanı tərəflər Yəmən böhranının həlli problemlərini müzakirə ediblər, xüsusilə BMT-nin himayəsi altında tam hüquqlu milli dialoqun vacibliyi qeyd olunub.
Qəzzadakı münaqişəyə, eləcə də ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdəki hərəkətlərinə xüsusi diqqət yetirilib. Tərəflər Yəmənə qarşı raket hücumlarını kəskin şəkildə pisləyib və bu hərəkətlərin regionda sabitliyi poza biləcəyini vurğulayıblar.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yəmənə endirilən zərbələri pisləyiblər. Telefon danışığı zamanı tərəflər həmçinin Yaxın Şərqdə eskalasiyanı müzakirə ediblər və Qəzza zolağında dərhal atəşkəs əldə olunmasının tərəfdarı olduqlarını bildiriblər.
Əzizə Zeynal