Məşhur nəşriyyatın işçiləri tətil elan etdi - FOTO

Məşhur nəşriyyatın işçiləri tətil elan etdi - FOTO

“Vogue”, “Vanity Fair” və “GQ” kimi məşhur parlaq jurnalların daxil olduğu “Condé Nast” nəşriyyatının üzvləri tətilə çıxıblar. İşçilər əmək qanunvericiliyinin pozulmasını əsas gətirirlər.
 

Sfera.az bildirir ki, 400-dən çox əməkdaş Nyu Yorkdakı qərargah qarşısında 24 saatlıq aksiya keçirib. “Condé Nast”ın baş direktoru Rocer Linçin (Rocer Lynch) iş yerlərinin sayını 5% azaltmaq niyyəti olub. Qeyd edək ki, bundan əvvəl Hollivud və Nyu-Yorkda aktyor və ssenaristlər tətil etmişdilər.
 

Qalan işçilər də işlərini dayandırıblar. Tətilin davam edib-etməyəcəyi məlum deyil.
 

"Bir günlük tətil, ilk növbədə, işçilər arasında böyük həmrəyliyin göstəricisidir. Biz həmkarlarımıza önəm veririk və şirkətin danışıqlara ədalətsiz yanaşmasına görə mitinq elan etməyə hazırıq"- deyə “Condé Nast Entertainment”in həmkarlar ittifaqı sədr müavini Ben Dyui bildirib. O, belə bir etirazın şirkətin tarixində ilk tətil olduğunu deyir.


Qeyd edək ki, etiraz aksiyasının tarixi də təsadüfən seçilməyib - bu gün 2024-cü il Oskar namizədlərinin açıqlanması nəşrlər üçün mühüm xəbər günüdür. Məhz çərşənbə axşamı 8:30-da 2024-cü il Oskar nominasiyalarının elanı verilir.
 

“Vogue”dan ilhamlanmış qondarma Runway jurnalı haqqında"The Devil Wears Prada" filmində rol alan aktrisa Enn Hathaway də işçilərə dəstək olub. O, “Vanity Fair” fotosessiyasından imtina edib.




Nyu-Yorka fotosessiyaya gələndə aktrisa hər şeydən xəbərsiz olub.
 

“İşçilər məlumat verəndə o, nə baş verdiyini bilən kimi stuldan qalxıb getdi"- deyə mənbə bildirib.


X/Twitter-də yayımlanan videolarda nümayişçilərin əllərində “İşdən çıxarmalar dəbdən düşüb” yazılı lövhələr tutduğu görünür. Nümayişçilər həmçinin “Vogue”jurnalının baş redaktoru Anna Vintur haqqında da plakatlar tutublar.


Qeyd edək ki, “Condé Nast”ın CEO-su Rocer Linç 2023-cü ilin noyabrında şirkətin 300-dən çox işçini işdən çıxaracağını və səmərəliliyi artırmaq üçün digər xərcləri azaldacağını açıqlayıb.

Nəşriyyatın əsası 1909-cu ildə “Condé Montrose Nast” tərəfindən 1892-ci ildə sosial və moda xəbərlərini işıqlandıran həftəlik jurnal “Vogue”un alınması ilə qoyulub.
 

Sonradan Nəşriyyat profilini genişlənərək “House & Garden”, “Vanity Fair”, “Glamour və American Golfer”i də əhatə edib. Şirkət həmçinin 1916-cı ildə “British Vogue” jurnalını təqdim edib.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın neft və qaz gəlirləri 14 faiz azalacaq - SƏBƏB

Rusiya hökuməti neft və qaz gəlirlərinin növbəti üç il ərzində 14 faiz azalacağını proqnozlaşdırır.   Sfera.az “Bloomberg”ə istinadən xə...

Bu vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müda...

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.  ...

Pensiya və maaş ilə yanaşı, digər hansı ödənişlər artırıla bilər? - AÇIQLAMA

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiə...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. &...

TAU-ya verilən hüquq nədir və necə tənzimlənəcək? - AÇIQLAMA

Dünən Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama görə universitetə tələbə seçimini müstəqil aparmaq hüququ verilib....