60 tonluq qaz daşıyan maşın partladı - Ölənlər var

60 tonluq qaz daşıyan maşın partladı - Ölənlər var

Monqolustanda yük maşını partlayıb.


 Sfera.az xəbər verir ki, yanvarın 24-nə keçən gecə Monqolustanın paytaxtı Ulan-Batorda 60 tonluq qaz daşıyan yük maşını partlayıb.

 

Yanğın nəticəsində 6 nəfər həlak olub, ondan çox insan yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə "Dünjinqarav" bazarının ərazisində baş verib.
 

Ölənlər arasında üç təcili yardım əməkdaşı və daha iki nəfər də var. Yük maşınının sürücüsü, ilkin məlumata görə, sağdır.


Partlayış nəticəsində yol ayrıcında qəzaya uğrayan yük maşınının çəni onlarla metr kənara atılıb. 20-dən çox avtomobil yanıb. Səlahiyyətlilər partlayışın baş verdiyi ərazinin sakinlərini təxliyyə etməyi tövsiyə edib.
 

Artıq hüquq-mühafizə orqanları yük maşınında baş verən yanğının səbəblərini araşdırır. Xüsusilə qaz avadanlıqlarını yoxlanacaq.

 

Mütəxəssislər hadisə yerində işlərini davam etdirəcəklər. Onlar yanğının yayılması təhlükəsini aradan qaldıra biliblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...