Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim oldu

Kateqoriya məlum deyil
T
Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Onlar Haburdakı sərhəd məntəqəsində təslim olublar", - bildirilib.
Terrorçuların İraqın şimalındakı sığınacaqlarından qaçdığı qeyd edilib.
Nazirlik PKK-ya qarşı əməliyyatların sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini xatırladıb.






