"Co Bayden Amerika tarixinin ən pis prezidentidir" - Tramp

"Co Bayden Amerika tarixinin ən pis prezidentidir" - Tramp
Kateqoriya məlum deyil
T

Tramp yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə ehtimal olunan Üçüncü Dünya müharibəsinin qarşısını alacağına söz verib.

 

Sfera.az xəbər verir ki, Tramp bunu yanvarın 23-də ölkədə ilk Respublikaçıların praymerizini keçirən Nyu-Hempşir ştatında tərəfdarlarına müraciət edərkən deyib.

 

ABŞ-nin keçmiş prezidenti Rusiya və Ukrayna arasında dəhşətli münaqişənin həllinə nail olacağını da bəyan edib və əlavə edib ki, 2022-ci ilin əvvəlində ABŞ prezidenti olsa idi, silahlı münaqişə heç vaxt başlamazdı.

 

Tramp həmçinin ABŞ-nin hazırkı prezidenti Co Baydeni Amerika tarixinin ən pis prezidenti kimi qələmə verib.

 

Qeyd edək ki, ABŞ-də 60-cı prezident seçkisi bu ilin 5 noyabrında keçiriləcək.

 

Firuzə Əliyeva
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR