Estoniya prezidenti vətəndaşlardan ŞİKAYƏTLƏNDİ: "Dialoqdan imtina..."

Estoniya Prezidenti Alar Karis həmvətənlərini ittiham edib.
Sfera.az xəbər verir ki, o, bu barədə "Feysbuk" hesabında paylaşım edib.
"Dialoq axtarmaqdan imtina Estoniya cəmiyyətində xroniki bir hadisəyə çevrilib, bunun əlaməti respublikanın Təhsil İşçiləri Həmkarlar İttifaqının (ESL) yanvarın 22-də başlayan müddətsiz tətilidir. Bu problemlər uzun müddətdir ki, məlumdur, ola bilsin ki, biz çox uzun müddət düşünüb, hərəkətə keçməmişik, amma buradayıq.Vəziyyət ən aydın şəkildə Estoniya cəmiyyətində xroniki hal alan razılaşmağın mümkünsüzlüyünü göstərir. Bu, təkcə müəllimlərin problemlərinə aid deyil”, - Karis bildirib.
O əlavə edib ki, şəxsi ünsiyyət zamanı müəllimlər maaşların azlığından deyil, dərs yükünün ağırlığından və çoxlu sənədləşmə işlərindən şikayətləniblər.
Xatırladaq ki, yanvarın 22-də Estoniyada müəllimlərin tətili başlayıb. ESL nümayəndələrinin fikrincə, buna hökumətin güzəştə getmək istəməməsi və verdiyi vədlərə sadiq qalmaması səbəb olub.
Əzizə