Ukraynaya kütləvi raket hücumu oldu

Ukraynaya kütləvi raket hücumu oldu

Ukraynaya kütləvi raket hücumu nəticəsində Xarkov şəhərində bir nəfər ölüb.

 

Sfera.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

 

Bundan başqa, Xarkovun Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binası vurulub. İnsanlar dağıntılar altında qalıb.

 

Kiyevin meri Vitali Kliçkonun verdiyi məlumata görə, Svyatoşinski rayonunda avtomobillər və bina yanıb. Uşaq bağçasının binasında dağıntılar olması ilə bağlı ilkin məlumat da var.

 

Qeyd edilib ki, Solomenski rayonunda partlayış dalğası nəticəsində yaşayış binasının pəncərələri sınıb. Paytaxtın Peçerski rayonunda qeyri-yaşayış binasına ziyan dəyib. 6 nəfər xəstəxanaya yerləşdirilib. 1 nəfərə isə yerində tibbi yardım göstərilib. (Report)

 

***

 

09:40

 

Rusiya ordusunun Ukrayna ərazisinə kütləvi raket hücumu olub.

 

Sfera.az xəbər verir ki, "Report"un Şərqi Avropa bürosunun Kiyevdə olan əməkdaşının verdiyi məlumata görə, Rusiya ordusunun tərəfindən edilən hücum bu gün səhər yerli vaxtla 07.10 radələrində başlayıb.


Hazırda paytaxtda hava həyəcan siqnalları davam edir.

 

Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum olub. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.

 

Məlumata görə, raket zərbələri nəticəsində ölkənin Svyatoşinski rayonunda park edilmiş avtomobillər yanıb. Təcili yardım xidmətləri hadisə yerinə gedir.

 

Xarkov şəhərinə hücum nəticəsində isə bir neçə uşaq və bir qadın yaralanıb. Raketlərdən biri qaz kəmərinə dəyib və partlayış olub.

 

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.


OXŞAR XƏBƏRLƏR

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...

Vətəndaşların bank kartlarından ötən gün nə qədər pul oğurlanıb?

Vətəndaşların kartlarından oğurluq davam edir. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib ki, bank kartı...

Azərbaycanda bu qadınlara hökm oxundu

Ölkəyə dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən "Duty free"nin satıcıl...

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər...