Məscidin yerində məbəd tikildi, bayram elan olundu - FOTOLAR

Hindistanın baş naziri dağıdılmış məscidin yerində inşa edilən hindu məbədinin açılışını edib.
Sfera.az xəbər verir ki, Hindistanın Ayodhya şəhərində 32 il əvvəl millətçilər tərəfindən dağıdılan Babur məscidinin yerində inşa edilmiş hindu məbədinin açılışı olub.
Hindistanın baş naziri Narendra Modinin iştirak etdiyi açılış mərasimində siyasətçilər və aktyorlar da daxil olmaqla 7 min insan iştirak edib.
Məbədin açılışı ilə əlaqədar Ayodhya şəhərinin yerləşdiyi Uttar Pradeş ştatında bayram elan edilib.
Paytaxt Yeni Dehlidə dövlət məktəbləri tətilə çıxıb, dövlət qulluqçularına yarım günlük məzuniyyət verilib.
Xatırladaq ki, illərlə davam edən məhkəmə çəkişmələrindən sonra Hindistanın Ali Məhkəməsi 2019-cu il noyabrın 9-da müsəlmanlar və hindular arasında olan Babri məscidinin ərazisi ilə bağlı işi yekunlaşdırıb və hinduların xeyrinə qərar verib.
Müsəlmanlarla hindular arasında mübahisə 32 il əvvəl ekstremist hindular tərəfindən dağıdılan Babur məscidinin yerində hindu məbədi tikmək planlarına görə uzun müddət davam etmişdi. Hindu ekstremistləri iddia edirlər ki, müsəlmanlar 16-cı əsrdə hindu kralı Ramanın adına tikilmiş məbədi dağıdaraq yerində məscid tikiblər. Onların iddiasına görə, tanrılardan biri olan Vişnu Ayodhyada anadan olub və o, dünyaya məhz köhnə məscidin yerində gəlib.
Babur məscidi XVI əsrdə Moğul-Türk-İslam sülaləsinin ilk imperatoru Baburun göstərişinə əsasən inşa edilib.

Indian Prime Minister Narendra Modi marks another milestone in his fight to establish the Hindu religion in the country by harming Islam.

This morning, he inaugurated a Hindu temple with a statue of Lord Ram in the city of Ayodhya in Uttar Pradesh.

The temple is considered one… pic.twitter.com/Ces29IOhyo
— Clash Report (@clashreport) January 22, 2024

İnci