Realiti-şouya qatılan qadın kişi çıxdı - İştirakçılar məhkəməyə verdi

Realiti-şouya qatılan qadın kişi çıxdı - İştirakçılar məhkəməyə verdi

Realiti-şoular mahiyyətcə maraqlıdır, lakin siz heç vaxt belə bir şey görməmisiniz. Dünyanın ən maraqlı sonluğu olan realiti-şousu və sonra baş verənlər bu gün də televiziyada yayımlanan şoulara qatılanları daha ehtiyatll davranmağa vadar edir.


Sfera.az bildirir ki, 2004-cü ildə televiziyada yayımlanan Britaniyanın "There's Something About Miriam" realiti-şousu görünməmiş formatı ilə dünyanı heyrətə gətirib.


Klassik realiti-şou kimi, altı kişi 10.000 funt-sterlinq pul mükafatı və 21 yaşlı meksikalı modellə birgə tətil uğrunda yarışıblar.


Kişilərin hər biri model Miriam üçün mübarizə aparır, hər biri Miriamla romantik anlar yaşayırdı.



Miriam bütün altı iştirakçı ilə bir-bir vaxt keçirib öz qərarını verərkən, kişilər özlərini Miriama bəyəndirmək uğrunda yarışırdılar.


Bununla belə, verilişin final bölümündə Miriam özü haqqında bir faktı iştirakçılarla bölüşüb.


Altı iştirakçının hamısı bu faktdan tamamilə xəbərsiz olub.
 

Bunun onun üçün yeni bir təcrübə olduğunu və əla vaxt keçirdiyini deyən Miriam əslində transseksual olduğunu bildirib.


"Hamınızla dürüst olmağa çalışdım. Bəli, mən meksikalıyam, modeləm və 21 yaşım var... Kişiləri və qadın olmağı sevirəm..."


“Tom, (qalib iştirakçı) mən qadın deyiləm. Mən kişi doğulmuşam”


Qalib yarışmaçı mükafatı rədd edib. Digər 5 iştirakçı ilə bərabər məhkəməyə müraciət edib.


Altı müsabiqə iştirakçısının ittihamları:

cinsi istismar;


alçaltmaq, böhtan atmaq;


müqavilə şərtlərinin pozulması;


psixoloji və emosional zərər- olub.


İş müsabiqə iştirakçılarının xeyrinə yekunlaşıb və onlar külli miqdarda təzminat alıblar.


“There's Something About Miriam” isə qəribə formatlı və realiti-şoular arasında ən qəribə sonluğu olan televiziya proqramı olaraq qalır.


Aynil


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...