Bu regionun 60%-ni quldur dəstələri idarə edir - Dünyanın ən təhlükəli şəhəri

Bu regionun 60%-ni quldur dəstələri idarə edir - Dünyanın ən təhlükəli şəhəri

Dünyanın ən təhlükəli şəhərində gündəlik həyatda baş verənlər arasında qan donduran detallar var. Haitinin paytaxtındakı təhlükəli həyat eşidənləri həqiqətən şoka salır.
 

Sfera.az bildirir ki, dünyanın ən təhlükəli şəhəri kimi tanınan Haitinin paytaxtı Port-au-Prinsdə hər gün orta hesabla, 20 nəfər ölür. Regionun hətta Hərbi Diktatoru belə var.


Eyni zamanda, şəhərdə 200 silahlı dəstə var.

Port-o-Prinsin yerliləri qorxu içində yaşayırlar, çünki şəhərdə xaos və nizamsızlıq hökm sürür.


Qərb yarımkürəsinin ən yoxsul ölkəsi olan Haiti xalqı tez-tez zəlzələlər, inflyasiya, aclıq və vətəndaş iğtişaşları ilə mübarizə aparır.


Transmilli mütəşəkkil cinayətkarlığa qarşı təşkilatın rəhbəri Summer Walker ötən il: "Haitililər üçün dəstə zorakılığı böhran səviyyəsindədir"-deyə bildirib.


Nə edəcəklərini və bunu necə həll edəcəklərini bilmirlər.


“Bu banda fenomeni bədəndə yayılan xərçəng kimi paytaxtın bütün məhəllələrinə yayılıb”.


Şəhər faktiki olaraq səngərlənmiş şəhərə çevrilib və bütün əhali üzərində həyat və ölüm haqqına “sahib” olan silahlı dəstələr tərəfindən mühasirəyə alınıb.
Ən təhlükəli dəstə “Barbekü” kimi tanınan Cimmi Çerizier adlı tiranın rəhbərlik etdiyi G9 koalisiyasıdır.


Düşmənlərini yandırıb öldürdüyü üçün bu adı aldığını söyləsələr də, anasının qarnından bu peşə ilə gəldiyini iddia edir.
 

Anası toyuq satışı ilə məşğul olurdu.
 

“Xalqın adamı” və “inqilabçı” olduğunu, elitalara qarşı müharibə apardığını desə də, “Barbekü” ayrı-seçkilik etmədən hamını öldürür.


Onun adı bir çox kütləvi qətllərdə də hallandırılıb: məsələn, 2018-ci ildə gecəqonduda dörd günlük qətllər silsiləsi... Bu zaman 71 nəfər həyatını itirib.


7 iyul 2021-ci ildə Haiti prezidenti Jovenal Moisenin öldürülməsindən sonra ölkə siyasi apokalipsisə düşdü.



O vaxtdan bəri ölkə idarəetmə və hakimiyyətlə bağlı çətinliklərlə üzləşib.


Bəzi insanlar girov pul üçün qaçırılır, bəziləri isə mərmi yağışında qalxan kimi istifadə olunur...

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...