Daha bir ölkə Qərb silahlarından İMTİNA ETDİ – Səbəb isə...

Daha bir ölkə Qərb silahlarından imtina edir.
Sfera.az bildirir ki, bu barədə “Military Watch Magazine” jurnalı məlumat yayıb. Qeyd olunub ki, Əlcəzair və Qazaxıstandan sonra Efiopiya da Fransanın “Rafale” qırıcılarından imtina etmək və Rusiyadan “Su-30SM” almaq qərarına gəlib.
“Yanvarın 16-da Efiopiyanın Rusiyanın “Su-30” qırıcısını idarə edən on beşinci ölkə olduğu təsdiqlənib. Bu ölkə əvvəllər Fransanın “Rafale” qırıcı təyyarələrinin əsas müştərisi hesab olunurdu. Həmçinin Hindistan Hərbi Hava Qüvvələri 36 “Rafale” əldə etsə də, əlavə sifarişlər verməyib. Ölkə “Su-30” donanmasını 270 qırıcıya qədər genişləndirməyə davam edib. Ümumiyyətlə, Efiopiya və Qazaxıstanın aldığı “Su-30SM”, Əlcəzairin aldığı “Su-30MKA” və Hindistanın aldığı “Su-30MKI” qırıcılarının ortaq tərəfləri var. Hər üçü “İrkutsk Aviasiya Zavodu”nda istehsal olunur və təyyarənin döyüşə hazır variantları hesab edilir”.
Nəşr həmçinin Efiopiyanın Rusiya qırıcılarına müraciət etmə səbəblərini də açıqlayıb: “Rusiyanın “Su-30”u Fransanın “Rafale”nə nisbətən, müqavilə imzalandıqdan sonra bir il ərzində təhvil verilir. Yeni qırıcılara təcili ehtiyacın olduğu bir vaxtda Efiopiyanın bu seçimi normaldır. Eyni zamanda, digər texniki məsələlər də buna təsir edən amillərdəndir”.
Günay