Türkiyə ordusu 10 PKK-çını məhv etdi

Dünya
12:45 / 21.01.2024
4386
Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilid” əməliyyatı zamanı 10 PKK terrorçusu zərərsizləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumatda deyilir ki, Türkiyə Ordusu tərəfindən bölgəyə hava hərəkatı həyata keçirilib.
Xatırladaq ki, İraqın şimalında “Pəncə-Kilid” şərti adı altında aparılan əməliyyat keçən il aprelin 17-də başlayıb.
Əməliyyat davam edir.