Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğradı - FOTO
Kateqoriya məlum deyil
Əfqanıstanın Bədaxşan vilayətində təyyarə qəzası olub.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanları açıqlama verib.
Təyyarənin qəzaya uğradığı əraziyə xilasedici qruplar göndərilib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.







