Logo

“Mercedes-Benz” Almaniyadakı bütün salonlarını SATIR

“Mercedes-Benz” Almaniyadakı bütün salonlarını SATIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın “Mercedes-Benz” şirkəti ölkədəki bütün avtomobil salonlarını satmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Söhbət şəhərlərdə və kiçik qəsəbələrdə 80-ə yaxın salondan gedir.

Məlumata görə, şirkətin Ştutqartdakı baş qərargahındakı filialı da satışa çıxarılıb. Salonlarda ümumilikdə 8 minə yaxın insan çalışır.

Yeni sahiblərə verildikdən sonra “Mercedes-Benz” avtosalonları fəaliyyətini davam etdirəcək. İşdən çıxarılma planlaşdırılmır.

Nəşr yazır ki, yalnız investisiyaya hazır olan və heç bir iqtisadi problemi olmayan şirkət “Mercedes-Benz” avtosalonlarının alıcısı ola bilər.

Bütün avtosalonların bir şirkətə satılacağı, yoxsa bir neçə alıcı arasında bölünəcəyi hələlik məlum deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR