Ermənistanda ağır qəza: 14 nəfər xəsarət aldı

Dünya
23:00 / 20.01.2024
10711
Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal - red) rayonunda ağır yol qəzası olub.
Sfera.az-ın məlumatına görə, Gürcüstan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobusun "Opel Astra" markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbi açıqlanmır.
Faktla bağlı araşdırma aparılır. (Report)