Doğum evindəki bombardmandan sağ çıxan qız Putini dəstəklədi - FOTO

Doğum evindəki bombardmandan sağ çıxan qız Putini dəstəklədi - FOTO

Mariupol şəhərindəki doğum evinin bombalaması nəticəsində sağ qalan qız Marianna Vışemirskaya Rusiya Federasiyasının prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləyib. Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko məlumat verib.
 

Sfera.az bildirir ki, bloqqer olan qız vətəndaşlarını qoruyan şəxs üçün sevinclə imza atdığını deyib.

"İndi sanksiyalara və bütün problemlərə baxmayaraq, Rusiya dinamik inkişaf edir. O, öz vətəndaşlarını qoruyur və sabahın dünəndən daha yaxşı olmasını təmin etmək üçün çalışır. Bunun konkret bir şəxsin şəxsiyyəti ilə bağlı olduğunu danmaq olmaz"-deyə Marina sosial şəbəkələrdə yazıb.


Xatırladaq ki, 2022-ci il martın 9-da Rusiya Silahlı Qüvvələri Mariupolda uşaq xəstəxanasına bomba atmışdı. Həmin vaxt bütün dünya mediasının manşetlərində olan fotosu ilə məşhurlaşan Marina Vışemirskaya “Maripul acısının” əsas siması olmuşdu.


Aynil


OXŞAR XƏBƏRLƏR