Qəzzada ölənlərin sayı 25 minə çatır

Dünya
14:16 / 20.01.2024
17324
Fələstin anklavının Səhiyyə Nazirliyinin açıqladığı məlumata əsasən, Qəzza zolağında ölənlərin sayı 25 minə çatır.
Sfera.az TASS-a istinadən xəbər verir ki, ötən il oktyabrın 7-dən, yəni İsrail-HƏMAS qarşıdurması başlayandan sonra Qəzza zolağında ölənlərin sayı 24 927 nəfərə yüksəlib.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlıları İsrail ərazisinə soxularaq çoxlu sayda insanı qətlə yetirib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
Vasif