Rusiya mediası bu azərbaycanlıdan YAZDI: Onlarla adamın... - TƏFƏRRÜAT

Rusiya mediası bu azərbaycanlıdan YAZDI: Onlarla adamın... - TƏFƏRRÜAT

Novosibirsk sakinləri Azərbaycandan yükləyici Rza Rzayev üçün 70 min rubldan (təxminən 1337 manat) çox pul toplayıblar. O, yanvarın 17-də istilik magistralında fasilə zamanı onlarla insanın həyatını xilas edib.

 

Sfera.az Rusiya mediasına istinadla bildirir ki, şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su bulağı çıxıb. Ən yaxın küçə isti su altında qalıb. Sonradan məlum olduğu kimi, 14 nəfər yaralanıb.

 

Bildirilir ki, azərbaycanlı yükləyicinin fərasəti olmasaydı, daha çox insan tələfatı ola bilərdi. Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından ehtiyatla keçib, sonra isə insanların ondan istifadəsinə köməklik edib. Yükləyici uşaqları qucağında aparıb.

 

Hadisə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi üçün pul yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait gediş-gəliş biletləri və qızlara hədiyyələr üçün kifayət edəcək. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...