Çində məktəb yataqxanası yandı: 13 ÖLÜ

Dünya
10:40 / 20.01.2024
6624
Çinin Henan vilayətində məktəb yataqxanasında baş verən yanğında 13 nəfər ölüb.
Sfera.az xəbər verir ki, hadisə yerli vaxtla yanvarın 19-da gecə Fançen rayonunun Duşu kəndində baş verib. Yanğınsöndürənlərə saat 23:00-da hadisə barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər saat 23:38-də yanğını nəzarət altına alıblar. Hadisə yerində 13 şagirdin meyiti tapılıb, bir nəfər xəsarət alıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.