Gözəllik kraliçası qatı cinayətkar çıxdı

Gözəllik kraliçası qatı cinayətkar çıxdı

Boliviyada iki dəfə gözəllik kraliçası seçilən Alondra Merkado Kampos silah qaçaqmalçılığına görə həbs edilib. 22 yaşlı gözəllik kraliçasının evində çoxlu sayda silah və sursat ələ keçirilib. Polisin Kamposun daha təhlükəli olduğuna dair bəzi şübhələri var.

Sfera.az xəbər verir ki, polis Kamposun cinayətkar dəstənin üzvü olduğunu bildirib.


Qeyd edək ki, Alondra MC kimi də tanınan Alondra Merkado Kampos “Miss Boliviya Mundo 2020” və “Miss Charm Boliviya 2023” seçilib. Polis Kampos və sevgilisinin evinə basqın edib. Evdə 100-dən çox AK-47 silahı və sursat aşkarlanıb. Silah qaçaqmalçısı olduğu müəyyən edilən Alondra Merkado Kampos qaçmağı bacarıb.
 

Axtarış qərarı çıxarılan gözəllik kraliçası nəhayət tutularaq Beni şəhərindəki Trinidad qadın həbsxanasına göndərilib. Kamposun məhkəməyə çıxana qədər 1 ay həbsdə qalacağı bildirilib.


Kamposun sevgilisinin isə təkcə silah qaçaqmalçılığı ilə deyil, həm də narkotik ticarəti ilə məşğul olduğu güman edilir. Əslində, gözəllik kraliçasının da bu cinayətdə əli olduğu və onun narkotik alverinə görə də mühakimə olunacağı bildirilir.


İstintaq keçmiş gözəllik kraliçasının narkotik alveri ilə məşğul olan sevgilisinin rəhbərlik etdiyi cinayət təşkilatı ilə əlaqəsi olduğunu sübut edib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...