İlon Mask, Bill Qeyts... - MİLYARDERLƏR ÖZ ŞƏHƏRLƏRİNİ QURURLAR

İlon Mask, Bill Qeyts... - MİLYARDERLƏR ÖZ ŞƏHƏRLƏRİNİ QURURLAR

ABŞ-də milyarderlər San-Fransiskodan şimalda şəhər tikəcəklərini elan etdikdən sonra medianın diqqəti yenidən zənginlərin özləri üçün tikməyə çalışdığı şəhərlərə yönəlib.
 

Sfera.az bildirir ki, İlon Mask, Bill Qeyts və Larri Ellison kimi şəxslər də ABŞ-nin müxtəlif yerlərində öz şəhərlərini tikirlər.

Buna misal olaraq Kaliforniyanın Solano bölgəsində planlaşdırılan şəhəri göstərmək olar. Milyarderlərin dəstəklədiyi "California Forever" adlı şirkət, San Fransiskonun şimalında, Travis Hərbi Bazasının yerləşdiyi Solano bölgəsində 20 min rezidensiyaya malik şəhərin tikiləcəyini açıqlayıb. Şirkət 2017-ci ildən bəri regionda 800 milyon dollar dəyərində 202 kvadrat kilometr kənd təsərrüfatı sahəsi alıb. Qurulacaq şəhərin uzun müddətdə 400 min insana ev sahibliyi etməsi də planlaşdırılır. Layihəni dəstəkləyənlər arasında Laurene Povel Cobs, Reyd Hoffman və Marc Andreessen kimi milyarderlər var. 13 milyard dollar sərvəti olan Loren Paul Cobs "Apple" şirkətinin qurucusu Stiv Cobsun həyat yoldaşı olub. İş axtarışı platforması LinkedIN-in qurucusu Reyd Hoffman 2,3 milyard dollar, vençur kapitalisti Mark Andreessenin isə 1,8 milyard dollar sərvəti var.


İlon Mask da öz şəhərini tikir...


İlon Mask ABŞ-də öz şəhərini quran milyarderlərdən biridir. 227 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı olan Mask vergilər səbəbindən elektrikli avtomobil istehsalçısı Tesla-nın baş ofisini Kaliforniyadan Texasa köçürüb. Burada böyük bir Tesla fabriki inşa edən Mask, Tesla fabrikinin yaxınlığında inşa edilən kosmik nəqliyyat şirkəti SpaceX-in yeni imkanlarına da sahibdir. Bundan əlavə, Maskın digər şirkəti olan Boring Co.-nun anbarı da bu obyektlərin yaxınlığında yerləşəcək. Mask sözün əsl mənasında on minlərlə işçisi üçün yeni bir şəhər tikir. Texas ştatının Ostin şəhəri yaxınlığında 24 kvadrat kilometr ərazi alan Mask artıq evlərin tikintisinə başlayıb. Mask öz işçilərini yeni inşa etdiyi Sanilbrook adlı şəhərə yerləşdirəcək. Maskın SpaceX əməkdaşları üçün “Starbase” adlı şəhər planı da var. Mask yaşadığı şəhərlərdə yeni texnologiyalardan istifadə ediləcəyini və bu şəhərlərin davamlı enerji ilə işləyəcəyini vurğulayıb.

 

Bill Qeytsin 140 milyardlıq ağıllı şəhərciyi...

"Microsoft"un qurucusu Bill Qeyts 140 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları sırasındadır. Qeyts də uzun müddətdir ki, öz şəhərini yaratmaq üçün çalışır. 2017-ci ildən bəri Qeyts ABŞ-nin Arizona ştatında öz şəhərini qurmaq üçün milyonlarla dollar sərmayə qoyub. Belmont adlı bu şəhər üçün Qeyts dövlətdən torpaq alıb. Şəhərdə yalnız yaşıl enerji ilə işləyən evlər, avtonom avtomobillər, yeni texnologiya istehsalı və logistika mərkəzləri olacaq.

 

400 milyard dollarlıq Telosa şəhəri...


ABŞ-nin pərakəndə nəhəngi "Walmart"ın keçmiş baş direktoru Marc Lore də futuristik şəhər qurmaq istəyir. 2021-ci ildə adı elan edilən Telosa şəhəri, yeni texnologiyalardan istifadə edən süni intellektin üstünlük təşkil etdiyi bir məkan olacaq. Lore, Telosada 50 min insanın yaşayacağını və şəhərin 400 milyard dollara başa gələcəyini açıqlayıb.


Ellison öz adasında şəhər tikib...


Texnologiya nəhəngi olan "Oracle" qurucusu Larri Ellison Havayda bir ada alıb və orada öz şəhərciyini tikib. Digərlərindən fərqli olaraq, 124 milyard dollar sərvəti olan Ellison daha dəbdəbəli bir yanaşma sərgiləməyib. Bloomberg-ə görə, "Oracle" həmtəsisçisi 2012-ci ildə Havaydakı Lanai adasının 98 faizini təxminən 300 milyon ABŞ dollarına satın alıb. Ellison adada sağlamlıq mərkəzi olan bir kurort yaradıb və adadakı mövcud otelləri təmir edib.
Təxminən 3000 insanın yaşadığı ada, Tom Kruz, Kindi Cravford və Vill Smit kimi adlar da daxil olmaqla zənginlərin sevimlisinə çevrilib. Ellison özü 2020-ci ildə adaya köçüb.


İnci


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...