Putin buzlu su çuxuruna girdi - Dini ayini icra etdi

Putin buzlu su çuxuruna girdi - Dini ayini icra etdi
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin yanvarın 18-dən 19-na keçən gecə dini aynində - Vəftiz mərasimində iştirak edib.



Sfera.az-ın məlumatına görə, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.


Qeyd edək ki, Vəftiz xristianlıqda ən müqəddəs ayinlərdən biri sayılır. Vəftiz tamamilə suya batırılma deməkdir .


Vladimir Putin Moskva vilayətindəki çimərlikdə buzlu su çuxuruna batmaqla dini ayini icra edib.

 

Yanvarın 19-da bütün dünyada pravoslav xristianlar əsas xristian bayramlarından birini – Vəftizi qeyd edirlər. Ənənəvi olaraq, yanvarın 19-na keçən gecə Vəftiz hamamında suya batma icra olunur.


Kreml ilk dəfə Putinin 2018-ci ildə buzlu su çuxura düşdüyünü bildirmişdi.


Peskovun sözlərinə görə, Prezident əvvəllər də bu ənənəyə əməl edib, lakin bunu ictimailəşdirməyib, sakit mühitdə həyatda keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR