CHP-nin seçkilərdəki namizədi 14 yaşlı oğlu tərəfindən ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT

CHP-nin seçkilərdəki namizədi 14 yaşlı oğlu tərəfindən ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT

Türkiyədə vəkil Fatih Gürbüz Karakoyunlu 14 yaşlı oğlu tərəfindən evində 20 bıçaq zərbəsi ilə qətlə yetirilib.


Sfera.az xəbər verir ki, hadisə İstanbulun Sancaktepe qəsəbəsində baş verib.

 

Açıqlanan məlumata görə, məktəbə getmək üçün anası ilə birgə evdən çıxan 14 yaşlı K. Karakoyunlu yolda telefonunu unutduğunu deyərək evə qayıdıb. Evdə yatan atasına 20 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Daha sonra isə anasının yanına qaçıb və evdə yad bir adamın olduğunu deyib. Vəkilin həyat yoldaşı evə girəndə onun cəsədini görüb.

 

Hadisə yerinə polis cəlb olunub. Vəkilin cəsədi tibbi ekspertiza üçün Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.

 

Qeyd edək ki, qətlə yetirilən vəkil Fatih Gürbüz Karakoyunlu son parlament seçkilərində CHP-dən 1-ci Bölgə İstanbul namizədi olub.

 

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR