Qlobal istiləşmə insanların ömrünü qısaldacaq - PROQNOZ

Dünya
13:55 / 19.01.2024
5957
Qlobal istiləşmə insanların ömrünü 6 ay qısalda bilər.
Sfera.az xəbər verir ki, bu barədə Şahcəlal Universitetinin tədqiqatçısı Amit Roy araşdırma aparıb.
Dosent Roy 1940-cı ildən 2020-ci ilə qədər 191 ölkə üzrə orta temperaturu və yağıntı göstəricilərini təhlil edib.
Yüksələn temperatur, dəyişən yağıntı dövrləri, təbii fəlakətlər və istilik dalğaları kimi ekoloji faktorlar birbaşa insanların ölümünə səbəb olacaq.
Qlobal istiləşmə sürətlə davam edərsə, kişilərin ömrü altı ay, qadınların isə 10 ay azalacaq.
Ülkər Abdurahmanlı