ABŞ-nin bazalarına HÜCUM: Pentaqon MƏLUMAT YAYDI

ABŞ-nin bazalarına HÜCUM: Pentaqon MƏLUMAT YAYDI
Kateqoriya məlum deyil
T

“2023-cü ilin oktyabrından bəri ABŞ-nin İraq və Suriyadakı bazalarına təxminən 140 dəfə hücum edilib”.

 

Sfera.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu hücumlardan 57-si İraqdakı, 83-ü isə Suriyadakı ABŞ bazalarını hədəf alıb.


Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin qruplaşmasının yaraqlıları İsrail ərazisinə qəfil hücum edərək Qəzza sərhədi yaxınlığında yaşayan İsrail sakinlərini öldürdükdən və 200-dən çoxunu qaçırdıqdan sonra İsrail antiterror əməliyyatına başlamağa məcbur olub. Bununla da Yaxın Şərqdə gərginlik yenidən alovlanıb.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR