ABŞ vitse-prezidenti Trampdan qorxur - "Buna görə gəzib..."

ABŞ vitse-prezidenti Trampdan qorxur - "Buna görə gəzib..."
Kateqoriya məlum deyil
T

ABŞ-nin vitse-prezidenti Kamala Harris ABŞ-nin keçmiş lideri Donald Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gələcəyi ehtimalından qorxduğunu bildirib.

Sfera.az xəbər verir ki, "Mən çox qorxuram" deyən Harris "ABC News"a danışaraq, buna görə ölkəni gəzib ABŞ-nin hazırkı prezidenti Co Baydenin kampaniyasında seçicilərlə əlaqə saxladığını qeyd edib.

Xatırladaq ki, Tramp yanvarın 15-də Ayova ştatında keçirilən Respublikaçıların toplantılarında (fəalların yığıncaqlarında) inamlı qələbə qazanmışdı.


Səsvermənin nəticələrinə görə, Tramp Respublikaçılar Partiyasının tərəfdarlarının 51%-nin səsini toplayıb. ABŞ-də prezident seçkilərində Respublikaçı namizədlərin seçimi əslində Ayova ştatında səsvermə ilə başlayıb.

 

25 aprel 2023-cü ildə Bayden yüksək hökumət vəzifəsinə yenidən seçilmək istəyəcəyini açıqlayıb.


Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR