Türkiyə "F-16" pilotunu kosmosa göndərir - BİR İLK

Dünya
14:06 / 17.01.2024
3860
43 yaşlı hərbi pilot (F16 pilotu) Alper Gezeravcı 14 günlük missiya üçün ABŞ-dəki "Cape Canaveral" Hərbi Hava Qüvvələri Stansiyasından Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçacaq.
Sfera.az xəbər verir ki,“Axiom” şirkətinin idarə etdiyi xüsusi servisin göyərtəsində bir isveçli, bir italyan və bir ispan astronavt da olacaq.
Türkiyənin kosmosa göndərdiyi ilk astronavtı olan Alper Gezeravcı 14 gün ərzində Beynəlxalq Kosmik Stansiyada (BKS) universitetlər və araşdırma qurumları tərəfindən hazırlanan 13 fərqli elmi təcrübəni həyata keçirəcək.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin mayında keçirilən prezident seçkiləri ərəfəsində Alper Gezeravcının kosmosa uçacağını açıqlayıb.
Zarufa Məmmədova