Qırğızıstanda hərbi helikopter qəzaya uğradı

Kateqoriya məlum deyil
T
Qırğızıstanın paytaxtı Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” öz mənbələrinə istinadən məlumat verib.
Qeyd olunur ki, hadisə şəhərin Dostuk mikrorayonunda baş verib.
Helikopterdə neçə nəfərin olduğu və onların vəziyyəti hələlik məlum deyil. (APA)





