Dünyanın ən bahalı ətinin niyə bu qiymətə olduğunu öyrəndikdə çox təəccüblənəcəksiniz

Dünyanın ən bahalı ətinin niyə bu qiymətə olduğunu öyrəndikdə çox təəccüblənəcəksiniz

Dünyanın ən bahalı əti olan və Wagyu (vaqyu) əti kimi tanınan Kobe əti Yaponiyada xüsusi üsullarla yetişdirilən heyvanlardan alınır. Bəs Vagyu əti niyə bahadır? Vagyu əti heyvanın hansı hissəsindən gəlir?



Sfera.az bu barədə maraqlı məlumat təqdim edir.
 

Vagyu-bildiyimiz mal ətidir.

 

Vagyu - əslində Yapon mal-qarası və ya inək, yaxu da sadəcə vaqyu inəyi deməkdir.


Vagyu həm də Yaponiyada bir bölgənin adıdır. Əslində, kobe əti kimi tanınan ət Yaponiyanın Kobe şəhərində Tajima gyu cins mal-qaradan əldə edilən ətdir.


Bu heyvanlar təmiz dağ havası olan Yaponiyanın geniş çəmənliklərində yaşayırlar. İllərlə aparılan yetişdirmə təcrübələri sayəsində ətdə doymamış yağın təbii yağa nisbəti çox yüksəkdir. Qidalanma yolu ilə omeqa 3 və omeqa 6 yağlarını da özündə birləşdirir.


Vagyu ətinin növləri hansılardır?




Əsasən qara Yapon, Yapon polenta, qısaqulaq Yapon və qəhvəyi Yapon və ya qırmızı Kumamato kimi tanınan dörd fərqli vagyu əti var.
Dana ətindən daha ləzzətli olduğu iddia edilən bu ət öz dadını yetişdirilmə üsulundan alır.


Vagyu əti dünya kulinariya mədəniyyətinə olduqca gec daxil olub, çünki 19-cu əsrin ortalarına qədər Yaponiyada mal və quzu əti yemək qadağan idi.



Gülməyin, amma bu heyvanlar klassik musiqi ilə qidalanır.


Ət alınan heyvanların otlaq bitkiləri çox keyfiyyətlidir. Bu heyvanlara xüsusi diqqət yetirilməli və gündə üç dəfə qidalanmalıdır.
 

Hər yeməkdən sonra bu heyvanlara xüsusi masajlar edilir.


Masaj əti yumşaldır. Bundan əlavə, bu masaj heyvanın piylərinin bir yerdə yığılması əvəzinə bütün bədənə yayılmasını və ətin içinə nüfuz etməsini təmin edir. Masaj koksiksdən başlayaraq bütün nahiyəyə tətbiq olunur.


Erkək mal-qara tutqun və qaranlıq mühitdə yetişdirilir. 2,5 il hərəkət etmədən qidalanırlar. Əzələ lifləri yerə basdıqda inkişaf etdiyi üçün, yerlə əlaqəni tamamilə kəsmək üçün heyvanlar gecələr asılırlar.


Çox yeriməyən bu növün əti yağlı olur. Yağlı olması ətin dadını artıran başqa bir amildir.

 

 

Bu əti heç bir qəssabda tapmaq demək olar ki, mümkün deyil.


Vagyu əti bütün xüsusiyyətlərinə görə çox baha satılır və buna görə də yalnız lüks restoranların menyularına daxil edilir.

 

Vagyu əti bütün dünyada biftek kimi də tanınır.


Xüsusi şəraitdə yetişdirildiyi üçün çox sağlam və faydalı qırmızı ət hesab edilir.


Vagyu, yaxud Kobe mal əti xüsusilə vitamin və minerallarla zəngindir. Kobe ətində olan vitaminlər arasında A, B12, D və E vitaminləri üstünlük təşkil edir.


Bu ət tavalarda və ya manqalda bişirilir. Bişirmə səviyyəsi yüksək temperaturda olmalıdır.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...