50 cent klinikanı məhkəməyə verdi - Cinsiyyət böyütmə reklamında şəklindən istifadə etdilər - FOTO

50 Cent-in cərrahla çəkdirdiyi foto onun cinsiyyət orqanı böyütmə əməliyyatı keçirdiyi iddialarına səbəb olub. 50 Cent belə əməliyyat keçirmədiyini deyərək şəklini paylaşan klinikanı məhkəməyə verib.
Şübhəsiz ki, 50 Cent-i hamı tanıyır. O, dünyanın ən tanınmış və sevilən reperlərindən biridir.
Sfera.az bildirir ki, məşhur ad son zamanlar çox maraqlı bir iddia ilə gündəmə gəlib. O, şəxsiyyətinə hörmət etdiyi və pərəstişkarı olduğunu düşündüyü Dr. O.Anjela Konqa ilə şəkil çəkdirib. Lakin foto reklam məqsədi ilə istifadə edilib.
Sözügedən şəkil
50 Cent 2020-ci ilin fevralında Koqanla foto çəkdirdiyini, çünki onun işinin fanatı olduğunu bildirib.
50 Cent deyir ki, Koqan və klinikası o vaxtdan bəri onun adından istifadə edərək reklam edir.
O iddia edir ki, Koqan sosial mediada onun fotosunu plastik cərrahiyyə klinikalarını tanıtmaq üçün istifadə edib.
2022-ci ilin avqust ayında isə işlər daha narahat edici dönüş alıb. “The Shade Room” internet saytı cinsiyyət orqanı böyütmə əməliyyatlarının artması ilə bağlı Angela Koqandan müsahibə alan zaman 50 Cent-in fotosundan istifadə edib.
Məşhur reper yazı dərc olunan və ya paylaşılan hər yerdə bu görüntünün ortaya çıxdığını deyir.
Foto paylaşmağı dayandırmalarını tələb edən 50 cent, bunun onun peşəkar və şəxsi reputasiyasına xələl gətirdiyini bildirib.
Sonda onu da qeyd edək ki, 50 cent təxminən 1 il əvvəl məhkəməyə müraciət edəcəyini bildirsə də, hələ ki, nə iddia ərizəsi, nə də məhkəmənin gedişatı haqqında heç bir əlavə məlumat yoxdur.
Aynil
Sfera.az