“Mercedes” yeni bolidini təqdim edəcək

Kateqoriya məlum deyil
T
Formula 1 çempionatının “Mercedes” komandasında 2024-cü ilin maşını - “W15”in təqdimatının fevralın 14-nə təyin olunduğunu təsdiqləyiblər. Komandada qarşıdakı hadisəni “rəqəmsal təqdimat” adlandırıblar. Belə ki, hər şey onlayn rejimdə keçiriləcək.
Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, birbaşa yayım Silverstoundan təşkil olunacaq və onu komandanın sosial şəbəkələrdəki kanalları vasitəsilə də izləmək təklif olunur. Həmçinin günün sonunda baş qəhrəmanlar – Luis Hemilton, Corc Rassel və Toto Volfla videomüsahibələrin, buna qədər isə ənənəvi olaraq, yeni maşının təqdimatı üçün xəbər materiallarının əlçatan olacağı vəd edilib.






