Rusiya ordusuna AĞIR İTKİ: Milyonlarla dollar dəyərində təyyarələri VURULDU

Rusiya ordusuna AĞIR İTKİ: Milyonlarla dollar dəyərində təyyarələri VURULDU

Azov dənizi üzərində Rusiyanın “A-50” və “İl-22M” təyyarələri vurulub.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. Onun sözlərinə görə, “İl-22M”in Anapa hava limanına qəza enişi etdiyi bildirilir, “A-50” isə Azovun soyuq sularına qərq olub.

 

Ekspert qeyd edib ki, “A-50”nin məhvi, üstəlik onu idarə edən nadir mütəxəssislərin ölümü Rusiya üçün ağır itkidir: “”A-50” unikal təyyarədir - uzaq mənzilli hava hədəflərini aşkar edir, göyərtəsində erkən hava xəbərdarlığı və idarəetmə sistemi quraşdırılıb. Bu sistem qanadlı və ballistik raketlərin buraxılışını, hava hücumundan müdafiə əməliyyatlarını izləyə və qeydə ala bilir. Azı 350 milyon dollar dəyərində olan bu təyyarələr Rusiyada çox məhdud sayda – cəmi 9 ədəd idi. Daha bir “A-50” ötən ilin fevralında Belarusun Maçulişşi aerodromunda ukraynalı diversantlar tərəfindən sıradan çıxarılmışdı”.

 

Ş.Cəfərli bildirib ki, “İl-22M” isə döyüş əməliyyatları zamanı qoşunların idarə edildiyi hava komandanlığı məntəqəsidir: “Ötən ilin iyununda Priqojinin qiyamı zamanı bir “İl-22” vaqnerçilər tərəfindən Voronej üzərində vurulmuş və 10 ekipaj üzvü ölmüşdü. Bəzi rusiyalı hərbi blogerlər təyyarələrin “dost atəşi” olduğunu, yəni Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulduğunu iddia edirlər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR