Atatürkün ən böyük fotoarxivinin sahibi vəfat etdi

12:59 / 15.01.2024
7662
Türkiyəli tanınmış kolleksiyaçı, Mustafa Kamal Atatürkün ən böyük fotoarxivinin sahibi Hanri Benazus vəfat edib.
Sfera.az xəbər verir ki, bununla bağlı İzmir bələdiyyəsinin sədri Tunç Soyer rəsmi feysbuk səhifəsində paylaşım edib.
"Mustafa Kamal Atatürkün ən geniş fotoarxivinin sahibi, ömrünü cümhuriyyəti anlatmağa və yaşatmağa həsr edən dəyərli böyüyümüz Hanri Benazusu itirməyin dərin hüznü içərisindəyəm. Kolleksiyasından dəyərli nümunələri bələdiyyəmizə bağışlamış, bizləri çox xoşbəxt etmişdi. Əmanət etdiyi dəyərlərə gözümüz kimi baxacağıq. Hüzur içində uyusun", - deyə Soyer yazıb.
Qeyd edək ki, H.Benazus 1930-cu ildə İzmirdə anadan olub. O, Atatürklə bağlı bir neçə kitabın da müəllifidir.