Ekvadorda xaos: 1327 nəfər saxlanıldı

Kateqoriya məlum deyil
T
Ekvadorun silahlı qüvvələri və polisi həbsxanada iğtişaşlar başlayandan bəri 1327 nəfəri saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Prezident Daniel Noboa administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.
“2024-cü il yanvarın 9-dan 14-nə kimi 1327 şübhəli saxlanılıb, onlardan 143-ü terrorçuluqda şübhəli bilinərək saxlanılıb. 5 terrorçu öldürülüb, 2 polis əməkdaşı həlak olub”, - paylaşımda qeyd edilib.
Qeyd edilib ki, 500-ə yaxın odlu silah, təxminən eyni sayda bomba və 5 tondan çox narkotik maddə ələ keçirib.






