Mask ABŞ prezident seçkilərində güvəndiyi siyasətçinin adını AÇIQLADI

Mask ABŞ prezident seçkilərində güvəndiyi siyasətçinin adını AÇIQLADI

“Tesla” və “SpaceX”in milyarder rəhbəri İlon Mask ABŞ prezident seçkilərində güvəndiyi siyasətçinin adını açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

 

Belə ki, iş adamı Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Vivek Ramasvamiyə güvəndiyini qeyd edib. Bununla bağlı Maska sual ünvanlanıb. Vivek Ramasvami də öz səhifəsində Maskın müsbət şərhini paylaşıb.

 

Qeyd edək ki, bundan əvvəl Ramasvami prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ni NATO-dan çıxarmaq niyyətində olduğunu bildirib.

 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Hazırkı Prezident, demokrat Co Bayden və sabiq Prezident, respublikaçı Donald Trampın növbəti dəfə ölkədə əsas post uğrunda mübarizə aparacağı gözlənilir.

 

Günay


OXŞAR XƏBƏRLƏR