Maykl Ceksonun rəfiqəsi 79 yaşında “Yves Saint Laurent”in siması oldu - FOTOLAR

Maykl Ceksonun rəfiqəsi 79 yaşında “Yves Saint Laurent”in siması oldu - FOTOLAR

79 yaşlı Diana Ross “Yves Saint Laurent”in 2024-cü il yaz kolleksiyasının siması elan edilib. Pop-diva fotoqraf David Sims tərəfindən çəkilmiş iki heyrətamiz ağ-qara fotoşəkildə görünür.

 

Sfera.az bildirir ki, pop ikonası “Yves Saint Laurent” brendinin yeni yaz kolleksiyasının siması olub. 79 yaşlı Ross nailiyyətləri siyahısına moda brendi ilə əməkdaşlığı da əlavə edib.

 

Yaradıcı direktor Entoni Vakkarello müğənniyə çiyinləri açıq qollu və sadə yaxalıqlı formada qara don geyindirib.

 

İkinci görüntüdə ifaçı qara xəz şalına bürünüb.

 

Canlı əfsanə çərşənbə axşamı öz İnstaqram səhifəsində şəkillərdən birini paylaşıb. Daha əvvəl Diananın 35 yaşlı oğlu Evan sosial mediada heyrətamiz anası və bütün qohumları ilə birlikdə tətil fotosunu paylaşmışdı.

 

Yeni il günü Diana Ross özünün fotosunu yerləşdirib və şərh yazıb: "Yenidən başlamaq ümidi ilə: 2024-cü il ən yaxşı il olacaq. Təşəkkür edirəm. Sevgilərimlə".

 

Xatırladaq ki, Diana Ross məşhur “The Supremes” triosunun üzvlərindən biri kimi məşhurlaşmışdı. O, Hollivud Şöhrət Xiyabanında iki ulduzu olan yeganə ulduzdur: biri solo karyerası, digəri isə “The Supremes”dəki karyerasına görə.

 

Bundan əlavə, o, bir neçə “Qremmi”, “Qızıl Qlobus” və “Amerika Musiqi Mükafatları”na layiq görülüb. O, həmçinin “Oskar” və “BAFTA” mükafatlarına namizəd olub.

 

Diana Ross iki dəfə ailə həyatı qurub. 2000-ci ildə norveçli iş adamı Arne Nessdən boşanan Diana, aktyor Ryan O'Neal, eləcə də Gene Simmons ilə sevgili olub.

 

Diana Rossun beş övladı var. Qızları Ronda və Treysi də aktrisa olublar. Ən kiçik oğlu Evan Olav isə məşhur "Aclıq Oyunları: Mockingjay" filmində rol alıb.

Diana Rossun sərvəti 150 milyon dollar qiymətləndirilir.

 

Maraqlıdır ki, "Mühafizəçi" filminin ssenarisi o və Stiv Makkuin üçün yazılıb. Rolları isə Uitni Hyuston və Kevin Kostner oynayıblar.

 

Diana Ross həmçinin Maykl Ceksonun yaxın dostu olub. Ceksonun vəsiyyətinə görə, anası uşaqları böyütmək iqtidarında olmasa, məhz Diana onun uşaqlarının qəyyumu olmalı idi.

 

Xatırladaq ki, Cekson pedofiliyada ittiham olunanda da Ross onun müdafiəsinə qalxıb.

 

Aysel 

Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR